Hindistan və Cənubi Koreya liderləri müdafiə məsələlərini müzakirə edəcəklər

2018/07/18747143651464_1531125397.jpg
Oxunub: 1806     16:36     09 İyul 2018    
Cənubi Koreya prezidenti Mun Çje İn prezidentliyi dövründə ilk dəfə olaraq Hindistana rəsmi səfər edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, burada Hindistan Baş naziri Narendra Modi ilə bir araya gələcək.

Görüşdə Koreya yarımadasının nüvəsizləşdirilməsi, müdafiə əməkdaşlığı və s. kimi önəmli mövzular müzakirə ediləcək.

Dörd gün davam edəcək səfər nəticəsində Hindistanla Cənubi Koreya arasında qarşılıqlı partnyorluğun genişləndirilməsi üzrə önəmli razılıqların əldə edilməsi gözlənilir.

Son dövrlərdə iki ölkə arasında müdafiə əməkdaşlığının genişlənməsi müşahidə edilir və səfər çərçivəsində bunun daha da möhkəmləndirilməsi yolları müzakirə edilə bilər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Cənubi-Koreya   Nüvəsizləşdirmə  


Bizi "telegram"da izləyin