Husilər Səudiyyə Ərəbistanına yenidən raketlər atıb

2018/07/5b5ec7d8-fca6-44d9-9660-37748f268f00_16x9_788x442_1531123377.jpg
Oxunub: 2639     16:05     09 İyul 2018    
Husi qiyamçıları Səudiyyə Ərəbistanının cənubuna raket hücumları həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyindən bildirilib.

Bəyanatda qeyd olunub ki, ölkənin Yəmənlə sərhədində yerləşən Əsir bölgəsinə bu gün səhər saatlarında qısa mənzilli ballistik raket zərbələri endirilib.

Səudiyyə tərəfindən edilən açıqlamada hücumun nəticələri ilə bağlı rəqəmlərə yer verilməsə də, qiyamçı qüvvələr hücum zamanı ondan çox krallıq hərbçisinin öldürüldüyünü və çox sayda hərbi texnikanın yararsız hala salındığını bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   Husilər  


Bizi "telegram"da izləyin