Səudiyyə Ərəbistanı və Fransa arasında hərbi əməkdaşlıq müqavilə imzalanıb

2018/07/631e0fb02476a69794db88822b266184_1531122176.jpg
Oxunub: 1447     15:40     09 İyul 2018    
Səudiyyə Ərəbistanı və Fransa arasında informasiya təhlükəsizliyinin qorunması ilə bağlı ikitərəfli hərbi əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqavilə Səudiyyə Ərəbistanı şahzadəsi və ölkənin Müdafiə naziri Məhəmməd ibn Salman və Fransa Müdafiə naziri Florens Berli tərəfindən imzalanıb.

Müqavilə ilə bağlı Səudiyyə Ərəbistanı hökumətinə yaxın mənbələrdən bildirilən məlumatda qeyd olunub ki, əməkdaşlıqda əsas məqsəd regional təhlükəsizliyin qorunmasıdır.

Belə ki, tərəflər hər iki ölkənin regional miqyasda kiber hücumlara qarşı informasiya təhlükəsizliyinin təminatı üzərində işləyəcəklər. Bu mənada Fransa özünün informasiya texnologiyaları və sistemləri sahəsindəki təcrübəsini Ər-Riyadla bölüşəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Səudiyyə-Ərəbistanı   Hərbi-Əməkdaşlıq   Kiber-Təhlükəsizlik  


Bizi "telegram"da izləyin