Senator: "KXDR-lə danışıqlar uğursuz olarsa, təlimlər davam etdirilməlidir"

2018/07/140929_POL_JoniErnst_1531121227.jpg
Oxunub: 1937     15:31     09 İyul 2018    
KXDR-lə danışıqlar zamanı əldə edilən vədlərin uyğun şəkildə həyata keçirilməməsindən sonra ABŞ konqresindən kəskin mesajlar yüksəlməyə davam edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ən sərt çıxışlardan birini respublikaçı senator Coni Ernest bildirib.

O qeyd edib ki, ABŞ Şimali Koreyanın müəmmalı davranışlarına dərhal cavab verməlidir.

“Pxenyan verdiyi vədlərdə nədənsə o qədər də diqqətli görünmür. Bu, ABŞ-ın sorğulamalı olduğu məqamdır. Vaşinqton nəyə görə vədlərin zamanında yerinə yetirilmədiyi ilə bağlı məntiqli əsaslandırma tələb etməli, bu əsaslandırma təmin edilmədiyi halda alternativ variantlara əl atılmalıdır. Fikrimcə, ən uyğun addım ilkin mərhələ üçün Cənubi Koreya ilə ləğv edilən təlimlərin yenidən bərpa edilməsi ola bilər”, - deyə o, bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin