Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum zamanı İsrail qırıcıları tərəfindən bazaya 4-6 raket zərbəsi endirilib.
Suriya dövlət televiziyasından bildirilən xəbərdə qeyd olunub ki, İsrailə məxsus qırıcılar ötən gün sərhədi pozaraq ölkənin Xüms vilayətinə daxil olub və buradakı T-4 hərbi bazasını bombalayıb.
Bildirilir ki, bazadakı S-200 hava hücumundan müdafiə sistemi ilə dərhal hücuma qarşılıq verilib. Nəticədə qırıcılardan biri vurulub, digərləri isə ölkə sərhəddini tərk etməyə məcbur edilib. İsrail tərəfi məsələ ilə bağlı bəyanat yaymayıb.
Qeyd edək ki, bənzər hücum aprel ayında da yaşanıb. Həmin vaxt Rusiya, İran və Suriyanın hücumda Təl-Əvivi təqsirkar elan etməsinə baxmayaraq, İsraildən məsələ ilə bağlı rəsmi açıqlama gəlməyib.
Dəyanət Ağalarlı
Ordu.az