Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni qırıcı Ukraynanın ilk təyyarə istehsalının 70 illiyi münasibətilə ötən gün təqdim edilib.
Mərasimdə iştirak edən Poroşenko təyyarələrin Hərbi Hava Qüvvələrinə təhvil verilməsi ilə bağlı şərti sənədə imza atdıqdan sonra çıxış edərək bu layihənin əhəmiyyətindən danışıb.
“Bundan sonra da digər hərbi təyyarələrimizin təmirini və yeni təyyarələrin istehsalını həyata keçirəcəyik. An-26 qırıcısının istehsalı 70 illik aviasiya istehsal təcrübəsi olan ölkəmizin daha bir uğuru kimi tarixə keçdi. Ukrayna səmalarında yalnız Ukrayna qırıcıları hakim olacaq”, - deyə Ukrayna prezidenti bildirib.
Qeyd edək ki, əvvəlki nəsillərinə nisbətdə daha uzun uçuş müddətinə və daha iti manevr qabiliyyətinə sahib yeni An-26 təyarələri Ukraynanın “Plant 410” zavodunda istehsal olunub.
Dəyanət Ağalarlı
Ordu.az