NATO Baş katibinin müavini Ermənistana səfər edəcək

2017/12/Cu90NuBWgAA3Sld456456_1513155168.jpg
Oxunub: 414     16:46     13 Dekabr 2017    
NATO Baş katibinin müavini dekabrın 18-də Ermənistana səfər edəcək

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün "Ermənistanda NATO həftəsi" tədbiri fəaliyyətə başlayıb.

Tədbir zamanı çıxış edən NATO-nun Cənubi Qafqaz üzrə Əlaqələndirici Ofisinin rəhbərinin müavini Rozario Puqlisi bildirib ki, NATO-nun baş katibinin müavini Roza Qotemüller dekabrın 18-də Ermənistana səfər edəcək.

Onun sozlərinə görə, Qotemüller Ermənistan prezidenti, müdafiə naziri və xarici işlər naziri ilə bir sıra görüşlər keçirəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ermənistan  


Bizi "telegram"da izləyin