NASA-nın qadın astronavtı Hərbi Akademiyada olub - FOTO

2017/12/99621e5b33a8a9c2780a146661415631_1513006040.jpg
Oxunub: 424     23:25     11 Dekabr 2017    
ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Bakıya səfər edən NASA-nın qadın astronavtı, “Space Shuttle” ekipajının üzvü, 1-ci dərəcli kapitan Haydemari Marta Stefanişin-Payper Silahlı Qüvvələrin Hərbi Akademiyasının qonağı olub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, görüşdə H.Payper Hərbi Akademiyasının professor-müəllim heyətinə və dinləyicilərə fəaliyyəti və kosmosa uçuşları barədə məlumat verib.

Azərbaycana ilk dəfə gəldiyini deyən NASA nümayəndəsi ölkəmiz haqqında təəssüratları ilə bölüşüb.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   NASA  


Bizi "telegram"da izləyin