Rusiyalı hərbi pilotlar Ermənistanda uçuş təlimlərinə başlayıblar

2017/12/234234_1512997351.jpg
Oxunub: 387     21:00     11 Dekabr 2017    
Ermənistandakı rus hərbi bazasının ordu aviasiyasının pilotları qaydalara uyğun işləri yekunlaşdırdıqdan sonra Mİ-8MT və Mİ-24P helikopterləri ilə dağ şəraitində uçuşlara başlayıblar.

Ordu.az xəbər verir ki, pilotlar bir ay ərzində bütün aviasiya texnikası ilə sınaq uçuşları həyata keçirəcək. Məlum marşrutlar üzrə müxtəlif hündürlüklərdə və sürətlə yüksək dağ ərazisində “Ekstremal” şəraitdə fərdi idarəetmə məsələləri məşq ediləcək.

İlk mərhələdə pilotlar sadə idarəetmə normativlərini yerinə yetirəcəklər. Hündürlüyə uçuş, asılı qalma, uçaraq yanaşma, yerə yaxın məsafədə yerdəyişmələr, şaquli endirmə, yerə eniş, qalxma, dağlıq şəraitdə təyin olunmuş marşrutlar üzrə uçuş, həmçinin təlimatçı pilotların müxtəlif tapşırıq və göstərişlərini yerinə yetirəcəklər.

Pilotların fərdi təlimi, tanış olmayan ərazidə eniş üçün enmə meydançasının seçilməsi tapşırıqları ilə yekunlaşacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pilot   Təlim   Ermənistan  


Bizi "telegram"da izləyin