"Nazir "Xalq-Ordu" konsepsiyası əvəzinə ölüm faktlarını azaltsın" - Artur Sakunts

2017/12/Arthur-Saqunc-1345345_1512976524.jpg
Oxunub: 506     15:11     11 Dekabr 2017    
"Ermənistan müdafiə naziri orduda ölüm faktlarının azaldılmasına mübarizə aparmaq əvəzinə “Xalq-Ordu” konsepsiyasını təklif edir. Halbuki, orduda nizam-intizam, insan hüquqlarının qorunması və məsuliyyətə cəlb edilmə istiqamətində ciddi problemlər var".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts, 2017-ci ildə erməni ordusunda 58 ölüm faktı və onlardan 30 nəfərinin qeyri-döyüş şəraitində ölməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu rəqəmlər onu göstərir ki, orduda ölüm halları azalmaqdansa, qeyri-döyüş şəraitində ölənlərin sayı artır. Baş verən hadisələr nəticəsində zabit heyətinə yalnız inzibati cəzalar verilir.

"İlk növbədə müdafiə naziri bu rəqəmlərə, ölüm hadisələrinə şərh verməlidir. O, orduda insan haqlarının qorunmasını təmin etmək, ölüm hallarının qarşısını almaq, nizamnamədən kənar halları aradan qaldırmaq əvəzinə “Xalq-Ordu” konsepsiyası irəli sürür. Bu konsepsiyanın məqsədi hamını hərbçi, əsgər etməkdir".

Qeyd edək ki, 2017-ci ilin dekabr ayınadək qeyri-döyüş şəratində, nizamnamədən kənar münasibətlər, texniki səbəblərdən cəbhədə ölənlərlə müqayisədə daha çox erməni əsgər ölüb. Cari il ərzində Ermənistan ordusunda 58 hərbçi ölüb ki, onlardan da 25 nəfəri cəbhə xəttində təxribat törədərkən məhv edilib, 33 nəfəri isə cəbhədən kənar hərbi hissələrdə qeydə alınıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Ölüm   Vanadzor  


Bizi "telegram"da izləyin