Ordu.az “arabnews” agentliyinə istinadən xəbər verir ki, ali dini lider Ayətulah Xameneyi hərbi qurumların hökumət strukturundakı mövqeyinin gücləndiyi bir dövrdə bir ay ərzində 3 dəfə hərbi rəhbərlərlə görüş keçirib.
Yeni təyin olunan Baş Qərargah rəisi Məhəmməd Huseyin Baqərinin Suriya ilə bağlı Türkiyə və Rusiya ilə İranın əməkdaşlığının əsas məsələlərini idarə etməyini istəyən Xameneyi Həsən Ruhani və onun administrasiyasını kənarda saxlamaqla bu fikirləri bir az da möhkəmləndirir.
Həmçinin, Həsən Ruhaninin dəfələrlə qərb ölkələri ilə əməkdaşlığın lazımlığını bildirməsinə baxmayaraq, Baqəri Rusiya, İraq və Pakistanla ortaq hərbi alyans yaratmaqla bağlı layihə irəli sürüb.
Tehranın güc strukturlarında ordunun profilinin yüksəlməsinə çalışan Xameneyi Şimali Koreya ilə birlikdə yeni nəsil raketlərin istehsalı üçün müdafiə büdcəsinin 14% artırılmasına da göstəriş verib.
Ordu.az