Tramp: “KXDR-ə qarşı sanksiyaların effektivliyindən əmin deyiləm”

2017/12/donald-trump-1080p-background_1_1280x800456456_1512798503.jpg
Oxunub: 351     13:46     09 Dekabr 2017    
“KXDR-ə qarşı sanksiyaların nəzərdə tutulan dərəcədə effektiv olmasında əmin deyiləm”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Biz nə vaxtsa BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən ən sərt sanksiyaları təsdiqlədik. Bu, Şimali Koreyada diktaturaya təsir etmək üzrə maksimal kompaniyadır”, - deyə Tramp Florida ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib.

Bununla belə, o qeyd edib ki, sanskiyların effektiv olacağında əmin deyil.

“Sanksiyaların işləyəcəyindən əmin deyiləm, baxarıq. Kim bilir? Sizə deyə beləcəyim hər şey etibarlı əllərdə olmağınızdır”, - deyə ABŞ prezidenti vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Tramp  


Bizi "telegram"da izləyin