Milatoviç: "Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır"

2026/06/1780585335.jpg
Oxunub: 153     18:13     04 İyun 2026    
Monteneqronun məqsədi vətəndaşlarının ədalətli, nizamlı və Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bu barədə Monteneqro Prezidenti Yakov Milatoviç fransalı həmkarı Emmanuel Makronu ölkəsində qarşılamasın münasibətilə etdiyi paylaşımda bildirib.

O, Monteneqro dövlətçiliyinin və Avropa kimliyinin simvolu olan paytaxtdan tərəfdaşlıq, məsuliyyət və qətiyyət mesajı göndərdiklərini vurğulayıb.

"Monteneqro harada olduğunu bilir. Bizim vəzifəmiz institutların işləməsini təmin etmək, islahatların nəticə verməsinə nail olmaq və vətəndaşların ədalətli, nizamlı və Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır",- Monteneqro Prezidenti əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Monteneqro   Fransa  


Bizi "telegram"da izləyin