Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov "X" sosial şəbəkə hesabında yazıb.
"Xorvatiya İslam İcması Məşihatının sədri, müfti doktor Əziz Əfəndi Həsənoviçi Səfirlikdə qəbul etməkdən məmnun oldum", - o qeyd edib.
Azərbaycan və Xorvatiyadakı multikulturalizm ənənələri barədə ətraflı fikir mübadiləsi aparılıb:
"Hörmətli müfti Xorvatiya hökuməti tərəfindən İslam icmasına göstərilən dəstək barədə danışıb. Mən Azərbaycanın müxtəlif millətlərin və dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşma və hörmətə verdiyi əhəmiyyət barədə məlumat verdim. Birgə xeyriyyə layihələrinin perspektivlərini ətraflı müzakirə etdik".
Ordu.az