Ordu.az “unian.info” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Terrorizmlə Mübarizə Əməliyyatı Qərargahının mətbuat xidməti bəyan edib.
“Düşmən gün ərzində Luqanskdakı Troyitske kəndi yaxınlığında yerləşən mövqelərdən 120 millimetrlik minaatanlardan, ağır artilleriya və kiçik silahlardan atəş açıb. Donetsk bölgəsinin Avdiyivka qəsəbəsi yaxınlığında isə 82 millimetrlik minaatanlardan və kiçik silahlardan atəş açılıb. Bundan başqa, işğalçı qüvvələr Ukrayna ordusunun Butivka kömür mədəni, Marinka qəsəbəsi və Şrokun qəsəbəsi yaxınlığındakı mövqelərinə də əl qumbaraları və kiçik silahlarla hücum ediblər”, - deyə bəyanatda bildirilir.
Ordu.az