BMT TŞ Suriyada kimyəvi hücumlarla bağlı qətnamə qəbul edəcək

2017/12/BMT-TŞ_1512199341.jpg
Oxunub: 446     15:21     02 Dekabr 2017    
“BMT Təhlükəsizlik Şurası Suriyada kimyəvi hücumlarla bağlı mövzunun müzakirəsini davam etdirəcək və ay ərzində bənzər hücumların tədqiqi üçün yeni mexanizmin yaradılması barədə qətnamə qəbul edə bilər”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının sədri Koro Bessyo bəyan edib.

Yaponiyalı diplomatın sözlərinə görə, hazırda bu mövzunun Təhlükəsizlik Şurasının gündəliyindən çıxarılmasından söhbət belə gedə bilməz.

“Cari ay ərzində qeyd-şərtsiz bu mövzu tərəfimizdən müzakirə olunacaq və ümid edirik ki, ayın sonunadək yaxşı qətnamə qəbul edəcəyik. Əgər bunu edə bilməsək, danışıqları davam etdirməliyik”, - deyə Bessyo bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Suriya  


Bizi "telegram"da izləyin