Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Dana Uayt məlumat yayıb.
Onun sözlərinə görə, nazirlər KXDR məsələsini müzakirə edərkən Şimali Koreyanın məsuliyyətsiz, hüquqsuz addımlarının BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə ziddiyyət təşkil etdiyini bildiriblər.
“Vaşinqton və Tokio Sakit okean regionunda sülh və stabilliyin qorunmasına çalışır”, - deyə Uayt bildirib.
Uaytın sözlərinə görə, telefon danışığı zamanı Mettis Birləşmiş Ştatların qətiyyətini saxladığını və Yaponiyanı KXDR hücumundan genişləndirilmiş müdafiə ilə qorumağa çalışdığını bəyan edib.
Həmçinin ABŞ müdafiə naziri KXDR-in nüvə prqoramını genişləndirməklə bütün dünyada sülh və stabilliyi poza biləcək səviyyəyə gəlməsinin qarşısını almaq üçün zərurət yarandığı halda Birləşmiş Ştatların Pxenyana qarşı bütün vasitələrdən istifadə etməyə hazır olduğunu bildirib.
Ağalar Qəribov
Ordu.az