Ordu.az Qətər KİV-lərinə istinadən xəbər verir ki, Əl-Əttiyah Qətər Silahlı Qüvvələrinin Roşefort hərbi bazasındakı Saqr 1 layihəsində iştirak edən üzvlərini də ziyarət edib.
Daha sonra Strasburq kəşfiyyat təlimləri institunda da olan Əl-Əttiyah, burada Əmirlik Hava qüvvələrinin üzvlərinin və zabitlərinin keçdiyi təlimlər haqqında məlumat alıb.
Son olaraq Fransanın “Dassault Aviasiya” şirkətinin sədri və icracı direktoru Erik Trapperlə görüşən qətərli nazir Fransız şirkətinin istehsal etdiyi yeni sistemlərin Qətər Hava Qüvvələrinə qazandıracağı üstünlüklərdən danışıb.
Ağalar Ağalarlı
Ordu.az