Ordu.az xəbər verdiyi kimi, bu barədə məlumatı ABŞ prezidenti Donald Tramp “Twitter” sosial şəbəkəsində öz hesabında yerləşdirib.
“KİV-lərin məlumatına görə, guya mən Reks Tillersonu işdən çıxarmışam və ya o, özü gedir – bu, yalan xəbərlərdir! Aramızda bir sıra məsələlərə dair fikir ayrılıqları olsa belə, o getmir. Biz birlikdə yaxşı işləyirik və Amerikaya yenidən hörmət edirlər”, - deyə Tramp qeyd edib.
Xatırladaq ki, Tramp sosial şəbəkədə bu xəbəri yerləşdirməzdən bir neçə saat öncə Tillersonun işdən çıxması ilə bağlı müxtəlif KİV-lərdə məlumatlar yayılıb. Həmçinin dünən Tramp Ağ Evdə dövlət katibi, eləcə də müdafiə naziri Ceyms Mettislə görüşməli idi.
Qeyd edək ki, bu həftə “The New York Times” qəzeti Tramp adminstrasiyasındakı mənbənin məlumatına istinadən Ağ Evin yaxın həftələrdə Tillersonu istefaya göndərərək onu Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Makl Pompeo ilə əvəz edəcəyi barədə xəbər yayıb.
Başqa bir qəzet - “The Washington Post” isə Tillersonun istefası və onun vəzifəsinə Pompeonun təyin edilməsi barədə fikrin Ağ Evin aparat rəhbəri Con Kelliyə məxsus olduğunu qeyd edib.
Ağalar Qəribov
Ordu.az