“Dialoq təhdidlər vasitəsilə baş tutacaq” - Frans Klintseviç

2017/12/15098963475345_1512134824.jpg
Oxunub: 425     21:26     01 Dekabr 2017    
“Rusiya Federasiyası Pxenyanın son bəyanatlarından sonra ABŞ-ın KXDR-lə danışıqlar aparmağa razı olacağına və bu danışıqlara Rusiya və Çinin, ola bilsin ki, Cənubi Koreyanın da vasitəçilik edəcəyinə ümidvardır”.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurası müdafiə və təhlükəsizlik komitəsi rəhbərinin birinci müavini Frans Klintseviç bəyan edib.

“İndi top Vaşinqton tərəfdədir. Düşünürəm ki, dialoq yarıyadək olsa belə, öncəki kimi təhdidlər vasitəsilə baş tutacaq”, - deyə Klintseviç bildirib.

Onun sözlərinə görə, bu danışıqlarda vasitəçilərin Çin və Rusiya olması çox mühümdür.

Xatırladaq ki, oktyabr ayında KXDR-in hökumət nəşri olan “Nodon sinmun” qəzetində KXDR-in ABŞ-a onun nüvə statusunu tanımaqla sülh təklif etdiyi barədə məqalə yayımlanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ  


Bizi "telegram"da izləyin