Suriya ordusu İŞİD anbarlarında ABŞ silahları tapıb

2017/12/1509958805345345_1512119461.jpg
Oxunub: 493     17:28     01 Dekabr 2017    
Suriya ordusunun hərbçiləri Deyr əz-Zor vilayətində aşkarladıqları İŞİD anbarlarında ABŞ və Avropa ölkələrinin istehsalı olan silahlar aşkarlayıblar.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Suriya ordusunun sahə komandirlərindən birinin də dediyi kimi, Deyr əz-Zor vilayətinin cənub-şərq hissəsində yerləşən əl-Aşar, Subeyhan və Sahiliyə rayonlarında aşkarlanan anbarlarda xeyli sayda müasir ABŞ və Avropa silahlarına rast gəlinib.

Xatırladaq ki, cari ilin oktyabr ayında Suriya ordusunun hərbçiləri Məyadin şəhərində də İŞİD terrorçularına məxsus anbarlarda ABŞ, Belçika, Böyük Britaniya və digər Avropa ölkələrindən olan silahlar aşkar ediblər.

Hərbçilər bildirirdilər ki, İŞİD anbarlarında aşkarlanan silahlar Pentaqonun müttəfiqlərinə göstərdiyi silah yardımı çərçivəsində terrorçuların əlinə keçir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İŞİD   ABŞ  


Bizi "telegram"da izləyin