Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.
Bildirilir ki, görüş bilavasitə KXDR-in raket sınağı ilə bağlı deyil və öncədən planlaşdırılıb. Bu barədə razılaşmaya avqust ayında gəlinib.
Danışıqlarda Çin Hərbi Şurası Birləşmiş Mərkəzi Qərargahının rəisi, general Şao Yuanmin və ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəhbərləri Komitəsinin strateji planlaşdırma və siyasət idarəsinin rəhbəri Riçard Klark da iştirak edib.
Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi U Tsyan bildirib ki, danışıqlar qarşılıqlı etimadın genişləndirilməsi və ölkələr arasında mövcud olan böhranın aradan qaldırılması istiqamətində aparılıb.
“Düşünürəm ki, müzakirə predmeti həm də Şimali Koreya böhranına necə cavab verməli olduğumuzla bağlıdır. Lakin qarşılıqlı etibarın olmaması fonunda hansısa konkret plandan danışmaq ağlabatan deyil”, - deyə U Tsyan bildirib.
Ağalar Qəribov
Ordu.az