Rusiya həftə ərzində Suriyada 910-dan çox obyekt məhv edib

2017/12/suriyada-hemaya-hucum-etmis-terrorcularin-movqeleri-bombardman-edilib-1706934534_1512114011.jpg
Oxunub: 429     15:38     01 Dekabr 2017    
Rusiya Aerokosmik Qüvvələri həftə ərzində Suriyaya 420-dən çox uçuş həyata keçirərək beynəlxalq terror qruplaşmalarının 910-dan çox obyektini məhv ediblər.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Rusiya Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Krasnaya zvezda” qəzetində məlumat yerləşdirilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın hava və dəniz sərhədlərində həftə ərzində 19 uçuş aparatı kəşfiyyat fəaliyyəti aparıb, ələ keçirmə əməliyyatı üçün 2 uçuş həyata keçirilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya  


Bizi "telegram"da izləyin