“ABŞ KXDR probleminin həllinə BMT-nin köməkliyilə nail olacaq” - Mettis

2017/12/A6E5DEBC-2ED7-4B1B-98F8-7A9C628CFAF2_w1023_r1_s345345_1512110935.jpg
Oxunub: 460     14:47     01 Dekabr 2017    
“ABŞ davamlı olaraq BMT-nin köməkliyilə KXDR-in nüvə probleminin tənzimlənməsinə nail olmağa çalışır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Ceyms Mettis Liviyanın baş naziri Faiz Saracla görüş çərçivəsində bildirib.

Onun sözlərinə görə, ABŞ bundan sonra da Pxenyanın nüvə silahının hazırlanmasından çəkindirmək üçün diplomatik tədbirlər görməyə davam edəcək.

“Demək istəmirəm ki, diplomatik tədbirlər işə yaramır. Biz BMT Təhlükəsizlik Şurasının köməkliyilə bu problemin həllinə nail olmaq üçün işləri davam etdirəcək, bu yolla davamlı olaraq irəliləyəcəyik”, - deyə Mettis əlvə edib.

Pentaqon rəhbəri qeyd edib ki, ABŞ diplomatları güc mövqeyindən də çıxış edəcəklər, çünki Birləşmiş Ştatların fəaliyyət üçün hərbi variantları da mövcuddur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR  


Bizi "telegram"da izləyin