Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin esperti Makl Elleman bəyan edib.
“İlkin hesablamalar göstərir ki, yeni raket orta ölçülü nüvə başlığını ABŞ-ın istənilən şəhərinə çatdıra bilər”, - deyə Elleman bildirib.
Ekspert həmçinin qeyd edib ki, Koreya Mərkəzi Teleqraf Agentliyi tərəfindən “Xvason-15” raketinin hazırlıqları və havaya qalxmasını göstərən 42 ədəd fotoşəkilə istinadən son raketin sələflərindən xeyli üstün olduğunu iddia etmək mümkündür. Belə ki, raketdə yeni, daha güclü mühərriklər quraşdırıla bilər ki, bunun nəticəsində o daha böyük kəmiyyətdə nüvə başlığı daşıya bilər.
Həmçinin cəmi 2-3 sınaq Pxenyana raketin etibarlılığından əmin olmaq üçün yetərlidir”, - deyə Elleman vurğulayıb.
Ağalar Qəribov
Ordu.az