Krımda nə üçün S-400-lər yerləşdirilib? - Hərbi ekspert

2017/11/1049598469346534_1512040571.jpg
Oxunub: 496     19:09     30 Noyabr 2017    
“Rusiyanın Krımda yerləşdirdiyi S-400 HHM-RƏM sistemləri Qara dəniz akvatoriyası və hava məkanından NATO gəmi və tayyarələrinin zərbələrinin qarşısını almağa imkan verəcək”.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Natsionalnaya oborona” jurnalının redaktoru, Rusiya Müdafiə Nazirliyi yanında ictimai şuranın üzvü İqor Korotçenki bəyan edib.

S-400 kompleksləri Rusiya ərazisi yaxınlığında zərurət yaranarsa, NATO-nin yüksək dəqiqliyə malik sistemlərlə təchiz edilən, qanadlı raketlərə malik gəmi və təyyarələrinin hücumlarının qarşısını almağa imkan verəcək”, - deyə Korotçenko qeyd edib.

Onun sözlərinəgörə, NATO-ya üzv dövlətlərin Qara dəniz akvatisoyası və onun üzərindəki hava məkanında hərbi aktivliyini, həmçinin Rusiya hava sərhədlərinin təhlükəsizliyinin təmin edilməsini nəzərə almaqla Krımda Aerokosmik Qüvvələrin S-400 “Trimf” zenti raket sistemləri də daxil olmaqla yetərincə geniş qüvvə və vasitə qruplaşmaları yerləşdirilir.

“Təbii ki, Aerokosmik Qüvvələrin Krımdakı qruplaşmasının heyəti vəziyyətə uyğun olaraq operativ şəkildə dəyişdirilə bilər. Nəzərə alsaq ki, Krımda vəziyyət daima gərgindir, bu çox təbiidir. Konkret qərarları Cənub Hərbi Dairəsinin iştirakı ilə Rusiya Silahlı Qüvvələri Baş Qərargahı qəbul edir”, - deyə ekspert vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Krım   S-400   NATO  


Bizi "telegram"da izləyin