Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ankaranın Rusiya və Çinlə əlaqələrini genişləndirməsi barədə tənqidlərə şərh verərkən bildirib.
“Türkiyə dünya siyasi arenasının digər böyük dövlətləri kimi bu arenada öz yerini tutmağa çalışır”.
“Son dövrlərdə Türkiyəni Moskva və Pekinlə yaxınlaşdığına görə tənqid edirlər. S-400 sistemlərinin alınması ilə bağlı narazılıqlar bildirilir. Lakin Ankaranın bu addımları atması tamamilə təbiidir. Eynilə Avropa ölkələrinin Yaxın Şərqdə siyasətlərini aktivləşdirmələri tənqid edilmədiyi kimi, Türkiyənin də öz kursunu dəyişməsi ilə razılaşmaq lazımdır”, - deyə İbrahim Kalın vurğulayıb.
O həmçinin qeyd edib ki, NATO üzvlüyü və Avropa İttifaqına daxil olmaq məsələləri danışıqlar prosesindədir. Bu isə Türkiyənin digər dövlətlərlə əlaqələrini kəsməsi anlamına gəlməməlidir.
Ağalar Qəribov
Ordu.az