Ordu.az Ağ Evin saytına istinadən xəbər verir ki, bu bəyanatla Ağ Evin mətbuat katibinin müavini Rac Şah çıxış edib.
Birifinq zamanı ona KXDR-in ABŞ-ın qitə hissəsinə qitələrarası raketlə zərbə endirməsinin mümkünlüyü barədə suala Şah bizim qiymətləndirməmizin detallarını açıqlamayacam, lakin deyə bilərəm ki, KXDR tərəfindən təhlükə yetərincə ciddidir. Və bu təhlükə yalnız Birləşmiş Ştatlar və Koreya yarımadası üçün deyil, bütün dünya üçün təhlükəlidir deyə cavab verib.
Şah bildirib ki, Birləşmiş Ştatlar KXDR-ə maksimal təsirin göstərilməsi üçün dünya dövlətlərinin əhəmiyyətli addımlar atması yönündə böyük işlər görür.
Ağalar Qəribov
Ordu.az