İranda Aşura mərasimində silahlı insident baş verib

2023/07/24424-1688277306.jpg
Oxunub: 161     02:34     26 İyun 2026    
İranın cənub-şərqində, Sistan və Bəlucistan ostanında yerləşən, eyniadlı şəhristanın mərkəzi olan Saravan şəhərindəki məscidin yanında atışma olub.

Ordu.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Saravan şəhərinin əsas məscidinin yaxınlığında kor-təbii atışma baş verib, nəticədə terrorçular təşviş içində hadisə yerini tərk ediblər", - məlumatda bildirilib.

Qeyd olunub ki, xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Hadisənin Aşurada mərasimi keçirilən ərazidə baş verdiyi bildirilir: "Hazırda şəhərdə sakitlik bərqərar olub".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Silahlı-insident  


Bizi "telegram"da izləyin