“Rolls-Royce” İsveçin qərbində üç kiçik modul nüvə reaktoru tikəcək

2026/06/1781617679.jpg
Oxunub: 200     17:42     16 İyun 2026    
Böyük Britaniyanın “Rolls-Royce SMR” şirkəti İsveçin qərb sahillərində hər biri 470 MVt gücündə olan üç kiçik modul nüvə reaktorunun tikintisi üzrə tenderin qalibi olub.

Ordu.az xəbər verir ki, bu barədə İsveçin enerji şirkəti “Vattenfall”ın yaydığı mətbuat açıqlamasında bildirilib.

Məlumata görə, gücü 470 MVt olan üç yeni reaktor ildə təxminən 12 teravat-saat həcmində fosil yanacaq istifadə olunmadan elektrik enerjisi istehsal etməyə imkan verəcək.

Yeni obyekt “Ringhals” Atom Elektrik Stansiyasının yaxınlığında inşa ediləcək. İlk enerji blokunun 2030-cu illərin ortalarında istismara verilməsi planlaşdırılır.

Daha əvvəl “Rolls-Royce” şirkətinin Çexiya və Böyük Britaniyada da kiçik modul reaktorlar tikəcəyi barədə məlumat yayılmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rolls-Royce   İsveç  


Bizi "telegram"da izləyin