Böyük Britaniyanın dövlət naziri Bakıdakı danışıqlardan məmnundur

2026/06/1781618100.jpg
Oxunub: 175     17:40     16 İyun 2026    
Böyük Britaniyanın investisiyalar üzrə dövlət naziri Ceyson Stokvud Azərbaycanda keçirilən görüşləri və danışıqları müsbət qiymətləndirib.

Bu barədə Ordu.az-a Böyük Britaniyanın Bakıdakı səfirliyindən məlumat verilib.

Diplomatik missiyadan qeyd edilib ki, səfər çərçivəsində Stokvud özəl və dövlət sektorunun əsas tərəfdaşları – Azərbaycan Dövlət Neft Fondu, Bakı Fond Birjası, İqtisadiyyat iqtisadiyyat naziri ilə görüş keçirib.

"Böyük Britaniya və Azərbaycan arasında sıx və uzunmüddətli münasibətlər mövcuddur. Bakıya ilk dəfə səfər etməkdən və əsas investorlar və hökumət rəsmiləri ilə görüşməkdən məmnunam. Böyük Britaniya Azərbaycanda təkcə ən böyük investor deyil, həm də ölkə ilə ticari-iqtisadi əlaqələrini genişləndirməyə davam edir", - dövlət naziri bildirib.

O qeyd edib ki, müzakirələr iki ölkə arasında investisiya və maliyyə əməkdaşlığının dərinləşdirilməsi üçün yeni imkanların açılmasına yönəlib:

"Strateji Tərəfdaşlığımız çərçivəsində təmiz enerji, maliyyə xidmətləri və infrastruktur kimi sahələrdə ikitərəfli ticarət və investisiyaları artıracağıq – bu isə hər iki ölkədə yeni iş yerlərinin və imkanların yaranmasına töhfə verəcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Azərbaycan  


Bizi "telegram"da izləyin