Şəhid övladları üçün 5-ci "YAŞAT" düşərgəsi başlayıb - FOTOLAR

2026/06/photo-16034498091.jpg
Oxunub: 159     15:33     16 İyun 2026    
"YAŞAT" Fondunun və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı, "TABİA Group"un və "Lankaran Springs Wellness Resort" Hotelin birgə tərəfdaşlığı ilə 5-ci "YAŞAT" düşərgəsinə start verilib.

Bu barədə Ordu.az-a "YAŞAT" Fondundan məlumat verilib.

Bildirilib ki, ümumilikdə 400-ə qədər şəhid övladını və 7 həftəni əhatə edəcək layihə çərçivəsində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsinin peşəkarları ilə, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçiriləcək.

Hər bir düşərgə 5 gecə 6 günü əhatə edəcəkdir.

Düşərgələrdə şəhidləri 10-11, 12-13 yaş kateqoriyasında olan övladlarının iştirakı nəzərdə tutulub.

Açılış mərasimində "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və digər qonaqlar iştirak ediblər. Onlar uşaqlara düşərgə müddətində həyata keçiriləcək təşəbbüslər barədə məlumat verib və uğurlar arzulayıblar.









Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid-övladları   YAŞAT  


Bizi "telegram"da izləyin