Ordu.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərinə görə, sənədin ABŞ nümayəndələri ilə birlikdə cümə günü Cenevrədə imzalanması nəzərdə tutulur.
“Livan ərazisinə qarşı sionist rejimin istənilən hərbi hücumu və Livan torpaqlarının işğalının davam etdirilməsi bizim fikrimizcə qarşılıqlı anlaşma memorandumunun pozulması hesab olunacaq”, - deyə Əraqçi xarici ölkələrin səfirləri ilə görüş zamanı bildirib.
Daha əvvəl ABŞ və İran rəsmiləri, həmçinin danışıqlar prosesində vasitəçi kimi çıxış edən Pakistan Vaşinqton və Tehran arasında razılaşmanın əldə olunduğunu təsdiqləmişdilər.
Həmin sənədin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır.
Tehranın açıqlamasına görə, memorandumun imzalanmasından sonrakı 60 günlük müddətdə tərəflər İranın nüvə proqramını da müzakirə edəcəklər.
Bundan əlavə, iyunun 15-dən etibarən ABŞ tərəfindən İslam Respublikasına qarşı tətbiq olunan dəniz blokadasının dayandırıldığı, həmçinin Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi şəkildə dayandırıldığı elan olunub.
Sevinc Əliyeva
Ordu.az