Lukaşenko bildirib ki, onu artıq diktator hesab etmirlər

2026/06/1780690196.jpg
Oxunub: 186     12:54     16 İyun 2026    
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ona “diktator” deyildiyi dövr artıq keçmişdə qalıb.

Ordu.az xəbər verir ki, bu barədə o, “Al Arabiya” televiziya kanalına müsahibəsində danışıb.

“Həmin günlər artıq geridə qalıb. Bəli, mən Avropa ölkələrinin, o cümlədən aparıcı dövlətlərin rəhbərləri ilə görüşmürəm. Lakin onların nümayəndələri vasitəsilə və ya birbaşa əlaqə saxlayıram. Məsələn, yaxın vaxtlarda Fransa Prezidenti Emmanuel Makronla olduğu kimi”, - deyə Lukaşenko bildirib.

Belarus lideri əlavə edib ki, Avropa rəhbərlərindən heç biri onu diktator adlandırmır, çünki bunun özü gülünc görünərdi.

Onun sözlərinə görə, diktator deyil, çünki öz iradəsini başqalarına qəbul etdirmək üçün lazım olan resurslara malik deyil.

Eyni zamanda, jurnalistlə söhbət zamanı Lukaşenko müsahibinə zarafatla bildirib ki, “Avropanın son diktatoru” adlandırılan siyasətçidən müsahibə almaq imkanına malik olduğu üçün sevinməlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   Belarus  


Bizi "telegram"da izləyin