Zelenski Moskva vilayətindəki neft emalı zavoduna zərbə endirildiyini təsdiq edib

2026/06/1780994107.jpg
Oxunub: 180     11:43     16 İyun 2026    
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Moskva vilayəti ərazisindəki neft emalı zavoduna zərbə endirildiyini təsdiqləyib.

Ordu.az-ın məlumatına görə, o bu barədə "X" sosial şəbəkəsində yazıb.

Zelenskinin sözlərinə görə, obyekt təxminən 500 kilometr məsafədən Ukraynanın uzaqmənzilli vasitələri ilə vurulub.

"Bu dəfə Moskva vilayəti Ukraynanın uzaqmənzilli vasitələrinin bütün gücünü öz üzərində hiss etdi. 500 kilometr məsafədə neft emalı zavodu vurulub", - Ukrayna Prezidenti bəyan edib.

Zelenski vurğulayıb ki, zərbələr Rusiyanın hərəkətlərinə cavabdır və müharibənin dayandırılması üçün təzyiq siyasətinin bir hissəsidir.

"Rusiyanı xalqımıza qarşı müharibəni dayandırmağa məcbur etmək lazımdır. Ukraynanın uzaqmənzilli silahı belə təzyiqin mühüm komponentlərindən biridir", - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin