Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Məlumata görə, Küveyt Mülki Aviasiya İdarəsi “İran təcavüzü” ilə əlaqədar ehtiyat tədbiri kimi ölkənin hava məkanının müvəqqəti bağlandığını elan edib.
Bildirilib ki, bütün aviareyslər alternativ hava limanlarına yönləndiriləcək.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Tehranı danışıqları uzatmaqda ittiham edib və ABŞ-nin İrana qarşı genişmiqyaslı hücum həyata keçirmək niyyətində olduğunu açıqlayıb.
Cümə axşamına keçən gecə isə Pentaqonun Mərkəzi Komandanlığı İrana qarşı zərbələrin başladığını elan edib.
İranın “Tasnim” agentliyi hərbi mənbəyə istinadən bildirib ki, ABŞ Silahlı Qüvvələrinin hücumu halında Tehran Yaxın Şərqdəki ABŞ obyektlərinə zərbələr endirəcək.
Sevinc Əliyeva
Ordu.az