Avropa İttifaqının xarici siyasət mexanizminin yenidən qurulması gündəmə gəlib

2026/05/1779474489.jpg
Oxunub: 205     10:01     11 İyun 2026    
Fransa və Almaniya, Avropa İttifaqının (Aİ) geosiyasi böhranlara reaksiya vermək qabiliyyətini artırmaq üçün blokun 15 il əvvəl yaradılmış diplomatik xidmətinin islah edilməsi ilə bağlı təklifləri müzakirə edirlər.

Ordu.az xəbər verir ki, bu barədə "Financial Times" nəşrinə istinadən "The Times of Israel" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Paris, Berlin və digər Avropa ölkərinin paytaxtları Aİ diplomatiyasının rəhbəri Kaya Kallasın və onun rəhbərlik etdiyi illik büdcəsi təxminən 1 milyard avro olan Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) səlahiyyətlərinin azaldılmasını nəzərdə tuta biləcək dəyişiklik variantlarını nəzərdən keçirir.

Müzakirə olunan təkliflərə əsasən, diplomatik xidmətin səlahiyyət və funksiyalarının bir hissəsi Avropa Komissiyasına və Aİ-yə üzv dövlətlərə qaytarıla bilər.

Müzakirələrin gedişatı ilə tanış olan beş yüksək vəzifəli məmura istinadən "Financial Times" qeyd edib ki, islahatın məqsədi artan beynəlxalq çağırışlar və böhranlar şəraitində Aİ-nin xarici siyasət mexanizminin səmərəliliyini artırmaqdır. Hələ ki müzakirələr ilkin mərhələdədir və yekun qərarlar qəbul edilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-İttifaqı  


Bizi "telegram"da izləyin