ISW: Bir il ərzində Rusiyada Ukraynaya qarşı müharibəyə getmək istəyənlərin sayı 20% azalıb

2026/06/1781158742.jpg
Oxunub: 202     10:19     11 İyun 2026    
Rusiyada Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq Ukraynaya qarşı müharibədə iştirak etmək istəyənlərin sayı azalmaqdadır.

Ordu.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.

Analitiklər hesabatlarında “Vajnıye İstorii” nəşrinin araşdırmasına istinad ediblər. Nəşrin mənbəsi Rusiya federal büdcəsinin xərcləri ilə bağlı məlumatlara əsaslanaraq bildirib ki, 2026-cı ilin ilk rübündə Müdafiə Nazirliyi ilə müqavilə bağladıqdan sonra birdəfəlik bonus alan şəxslərin sayı 71 min 200 nəfər olub.

Bu göstərici 2025-ci ilin analoji dövrü ilə müqayisədə 20 faiz azdır.

Analitiklərin sitat gətirdiyi məlumata görə, 2025-ci il ərzində Rusiya Müdafiə Nazirliyi ilə ümumilikdə 363 min 900 nəfər müqavilə imzalayıb ki, bu da 2024-cü illə müqayisədə 10 faiz azalma deməkdir.

ISW qeyd edir ki, artan itkilər fonunda Rusiya yeni şəxslərin cəlb olunması sahəsində getdikcə daha ciddi çətinliklərlə üzləşir.

Bu səbəbdən Kremlin ehtiyat resursları işə salmağa, müqavilə bağlayanlar üçün ödənilən bonusları artırmağa və gizli səfərbərlik tədbirlərini genişləndirməyə məcbur olduğu vurğulanır.

Analitiklər həmçinin bildirirlər ki, Rusiya əsas üstünlüyünü say üstünlüyü kimi təqdim etməyə çalışsa da, Ukraynanın pilotsuz uçuş aparatları və orta mənzilli zərbə imkanları sahəsində əldə etdiyi üstünlük bu amili əhəmiyyətli dərəcədə zəiflədib.

Bunun səbəbi Ukrayna Müdafiə Qüvvələrinin Rusiya ordusuna canlı qüvvə və texnika baxımından qeyri-mütənasib dərəcədə yüksək itkilər verməsidir.

ISW-nin qənaətinə görə, yeni müqavilə bağlayanların sayının azalması və itkilərin artması fonunda Kreml Ukraynada verilən itkiləri kompensasiya etmək məqsədilə ehtiyatda olan şəxslərin məhdud və mərhələli şəkildə çağırılması üçün zəmin hazırlayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin