ABŞ və İranın nizamlanma sazişi bağlaması üçün təxminən yarım il lazım ola bilər

2026/03/1773226504.jpg
Oxunub: 332     14:26     17 Aprel 2026    
Fars körfəzi və Avropanın bir sıra liderləri hesab edirlər ki, ABŞ və İranın münaqişənin nizamlanmasına dair sazişə gəlməsi üçün təxminən altı ay lazım ola bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, bəzi rəsmilər düşünürlər ki, tərəflərin əsas şərtlər üzrə razılığa gəlməsi üçün atəşkəs uzadılmalıdır.

Bildirilib ki, region ölkələri enerji təchizatını sabitləşdirmək məqsədilə Hörmüz boğazında gəmiçiliyə qoyulan məhdudiyyətlərin dərhal aradan qaldırılmasını da müzakirə edirlər. Əks halda, mənbələrin xəbərdarlığına görə, davam edən gərginlik qiymət artımına səbəb ola və qlobal ərzaq təhlükəsizliyi üçün risklər yarada bilər.

Eyni zamanda, “Bloomberg”in mənbələri bildiriblər ki, Fars körfəzinin bir neçə ölkəsi İranın nüvə proqramının inkişafına sadiq qaldığını düşünür və mümkün saziş uranın zənginləşdirilməsi, eləcə də ballistik raketlərin hazırlanmasına məhdudiyyətləri əhatə etməlidir.

Bununla yanaşı, agentliyin məlumatına görə, region ölkələri danışıqların davam etdirilməsinin və yeni hərbi gərginlikdən yayınmağın tərəfdarıdırlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin