ABŞ və İranın tezliklə razılığa gəlməsi mümkündür, danışıqlar yekun mərhələyə yaxındır

2026/04/1776411128.jpg
Oxunub: 452     14:19     17 Aprel 2026    
ABŞ-nin və İranın tezliklə razılığa gəlməsi mümkündür, danışıqlar isə yekun mərhələdədir.

Ordu.az xəbər verir ki, bu barəfə “Reuters” agentliyi Pakistanın təhlükəsizlik sahəsindəki mənbəsinə istinadən bildirib.

Mənbənin sözlərinə görə, tərəflər pərdəarxası diplomatik proseslər vasitəsilə irəliləyiş əldə ediblər və gözlənilir ki, qarşıdakı görüş qarşılıqlı anlaşma memorandumunun imzalanması ilə yekunlaşacaq. Bundan sonra tam razılaşma 60 gün ərzində hazırlana bilər.

Mənbə həmçinin iddia edib ki, tərəflər artıq prinsipial razılaşmalara gəliblər, texniki detallar isə daha sonra tamamlanacaq.

Agentliyin məlumatına görə, Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Asim Munir prosesdə vasitəçi rolunu oynayır. O, Tehranda danışıqlar aparır və məlumatlara əsasən, bir sıra mürəkkəb məsələlər üzrə müzakirələrin irəliləməsinə kömək edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin