Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin direktoru Kirill Loqvinov bildirib.
Onun sözlərinə görə, Rusiya və Çin gərginliyin azaldılmasına, danışıqlar yolu ilə həll variantlarının axtarılmasına, o cümlədən dəniz təhlükəsizliyi məsələlərinin müzakirəsinə çağıran alternativ qətnamə layihəsi təqdim ediblər.
Loqvinov ümid etdiyini bildirib ki, Təhlükəsizlik Şurasının digər üzvləri Moskva və Pekinin təşəbbüsünü dəstəkləyəcəklər.
Bundan əvvəl Rusiya və Çin Hörmüz boğazı ətrafında yaranmış vəziyyətlə bağlı başqa bir qətnamə layihəsinə veto qoymuşdular. BMT-də Rusiyanın daimi nümayəndəsi Vasili Nebenzyanın sözlərinə görə, təklif olunan sənəd “beynəlxalq hüquq üçün təhlükəli presedent” yarada bilərdi.
Sevinc Əliyeva
Ordu.az