Barrak: "Vaşinqton və Ankara sanksiyalar məsələsini tezliklə həll edəcək"

2026/01/1768407242.jpg
Oxunub: 343     13:42     17 Aprel 2026    
Vaşinqton və Ankara Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri alması səbəbindən ABŞ-nin tətbiq etdiyi sanksiyalarla bağlı problemi tezliklə həll edəcək.

Ordu.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak bu gün Antalya Diplomatik Forumu çərçivəsində keçirilən panel sessiyasında bildirib.

"Düşünürəm ki, "S-400"lə bağlı vəziyyət həll olunacaq. ABŞ hökuməti Türkiyənin "F-35" qırıcılarının alışı proqramına qayıtmasını normal təcrübə hesab edir", - o qeyd edib.

Qeyd edək ki, 2020-ci ildə ABŞ Rusiyadan "S-400" təyyarələri aldığına görə Türkiyəyə sanksiyalar tətbiq edib və onu "F-35" qırıcılarının alışı və istehsalı proqramından çıxarıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Barrak   Vaşinqton   Ankara  


Bizi "telegram"da izləyin