Tokayev: "İran ətrafındakı münaqişədə nüvə məsələsi mərkəzdə olmalıdır"

2025/11/1763724145.jpg
Oxunub: 332     12:14     17 Aprel 2026    
Nüvə silahının yayılmaması məsələsi beynəlxalq gündəmin və danışıqlar proseslərinin mərkəzində olmalıdır.

Ordu.az xəbər ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Antalya Diplomatik Forumunda bəyan edib.

O, artan beynəlxalq qeyri-sabitlik şəraitində daha məsuliyyətli və ölçülüb-biçilmiş addımlar atmağa çağırış edərək, dünyada baş verən proseslərə şüurlu yanaşmanın vacibliyini vurğulayıb.

"Məsələn, İran ətrafındakı vəziyyəti götürək. Bu, əlbəttə, çox mürəkkəb məsələdir və hətta şərh vermək də asan deyil. Lakin Qazaxıstan ilk növbədə Fars Körfəzi ölkələri ilə həmrəyliyini bildirib və bütün dövlətləri təmkinli olmağa, hərbi əməliyyatların dayandırılmasına çağırıb", - o bildirib.

Tokayev vurğulayıb ki, münaqişənin nəticələri artıq dünya iqtisadiyyatına, xüsusən ticarət və energetikaya mənfi təsir göstərir.

"Bu gün hamı Hörmüz boğazı vasitəsilə gəmiçilik azadlığından danışır. Bəli, bu, çox vacibdir, lakin yadda saxlamaq lazımdır ki, münaqişədən əvvəl bu dəhliz artıq azad ticarət üçün açıq idi. Ona görə də problemin mahiyyətinə diqqət yetirmək lazımdır. Mahiyyət isə nüvə texnologiyalarının və nüvə silahının yayılmasından ibarətdir. Məhz bu məsələ İran münaqişəsi üzrə danışıqların mərkəzində olmalıdır", - o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tokayev   İran  


Bizi "telegram"da izləyin