Alparslan Bayraktar: "Türkiyənin Hörmüzdən başqa alternativ marşrutları da var"

2025/08/520e2-1754137934.jpg
Oxunub: 346     12:01     17 Aprel 2026    
Neft təkcə Hörmüz boğazından keçmir, Türkiyə üçün alternativ marşrutlar da mövcuddur.

Ordu.az xəbər verir ki, bunu Antalya Forumunda "Qlobal enerji xəritəsinin yenidən tərtib edilməsi: təhlükəsizlik və qeyri-müəyyənlik" adlı paneldə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

O qeyd edib ki, neft və təbii qaz hələ uzun müddət insan həyatının bir hissəsi olaraq qalacaq:

"Türkiyə beynəlxalq layihələrə investisiya yatırıb və mövcud infrastrukturdan daha səmərəli istifadə etməlidir. Türkiyə üzərindən dünyaya təbii qaz nəql edilir və ölkə 1,5 milyard barelədək neft daşıma potensialına malikdir. İraq–Türkiyə boru kəməri və Ceyhan neft kəməri vasitəsilə müxtəlif ölkələrə neft ixrac edilir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Alparslan-Bayraktar   Türkiyə  


Bizi "telegram"da izləyin