Pezeşkian vasitəçilik səylərinə görə Pakistana təşəkkür edib

2026/02/1771952416.jpg
Oxunub: 360     11:38     17 Aprel 2026    
İranın Prezidenti Məsud Pezeşkian Tehranda Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi,feldmarşal Asim Munirlə görüşüb.

Ordu.az bu barədə İran KİV-ə istinadən xəbər verir.

İran Prezidenti İslamabadın İranla ABŞ-İsrail arasında baş vermiş müharibədə vasitəçilik və atəşkəsin təmin olunmasındakı rolunu yüksək qiymətləndirərək bildirib ki, Tehran beynəlxalq hüquq çərçivəsində İran xalqının hüquqlarını qorumaqla yanaşı, regionda davamlı sülh və sabitliyə nail olmağa çalışır.

Pezeşkian həmçinin ABŞ ilə İslamabadda aparılan danışıqlar zamanı İran nümayəndə heyətinə göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə Pakistan rəsmisinə təşəkkürünü bildirib.

Prezident İranın müsəlman dünyasına münasibətdə prinsipial yanaşmasını vurğulayaraq bildirib ki, İran bütün İslam ölkələrini qardaş hesab edir və İranın regionda ABŞ-nin hərbi bazalarına qarşı son addımları müdafiə zərurəti çərçivəsində və məcburi şəraitə cavab olaraq həyata keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   Pakistana  


Bizi "telegram"da izləyin