Rəsmi Tehran Livanda atəşkəsin elan olunmasını alqışlayıb

2026/04/1775969306.jpg
Oxunub: 369     11:14     17 Aprel 2026    
İran Livanda atəşkəs elanını alqışlayaraq, İsrail ordusunun Cənubi Livandakı işğal olunmuş ərazilərdən tam çıxarılmasının, bütün məhbusların azad edilməsinin və məcburi köçkünlərin öz evlərinə qayıtmasının zəruriliyini vurğulayır.

Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin bəyanatında qeyd olunub.

Bəqai Livanda atəşkəs elanını alqışlayaraq bildirib ki, döyüşlərin dayandırılması Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında əldə olunmuş atəşkəs anlaşmasının bir hissəsidir.

O qeyd edib ki, İran müxtəlif regional və beynəlxalq tərəflərlə apardığı danışıqlardan – o cümlədən İslamabaddakı danışıqlar zamanı – etibarən bütün region üzrə, o cümlədən Livanda eyni vaxtda atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb və İslamabad danışıqlarından sonra da bu məsələni ciddi şəkildə izləməkdə davam edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəqai   İran  


Bizi "telegram"da izləyin