Rusiya Yaxın Şərqdə atəşkəsə dəstəyini təsdiqləyib

2026/04/1776409626.jpg
Oxunub: 392     11:12     17 Aprel 2026    
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Moskvada İran səfiri Kazem Cəlali ilə görüş zamanı atəşkəs rejiminə dəstək verildiyini və münaqişənin siyasi yolla həllinin vacibliyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirlikdə atəşkəs barədə razılaşmaların qorunmasının və danışıqların davam etdirilməsinin bölgədə vəziyyətin uzunmüddətli sabitləşdirilməsi və eskalasiyanın zəiflədilməsi üçün vacib olduğu vurğulanıb.

Öz növbəsində, Cəlali Rusiyaya İrana göstərilən humanitar və diplomatik dəstəyə görə təşəkkür edib. Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq məsələlərini və Yaxın Şərqdə vəziyyəti müzakirə ediblər.

Rusiya Xarici İşlər Nazirliyində əlavə ediblər ki, görüş İran tərəfinin təşəbbüsü ilə baş tutub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Rudenko  


Bizi "telegram"da izləyin