ABŞ-də nüvə aviadaşıyıcısında yanğın səbəbindən üç dənizçi xəsarət alıb

2026/04/1776409567.jpg
Oxunub: 386     11:10     17 Aprel 2026    
ABŞ-də USS “Dwight D. Eisenhower” aviadaşıyıcısında çərşənbə axşamı planlı texniki xidmət zamanı yanğın baş verib, üç dənizçi xəsarət alıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutu (USNI) Hərbi Dəniz Qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumatda deyilir: “USS “Dwight D. Eisenhower” (CVN-69) aviadaşıyıcısında bu həftə “Norfolk” (Portsmut, Virciniya ştatı) hərbi dəniz gəmiqayırma zavodunda planlı texniki xidmət zamanı yanğın baş verib”.

Hərbi Dəniz Qüvvələrinin nümayəndəsinin sözlərinə görə, gəminin və gəmiqayırma zavodunun heyətləri dərhal yanğını lokallaşdırıb və söndürüblər. Hadisə nəticəsində üç dənizçi xəsarət alıb.

Qeyd olunub ki, gəminin heyəti zərərçəkənlərə tibbi yardım göstərib, bundan sonra onlar öz vəzifələrinin icrasına qayıdıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Aviadaşıyıcı  


Bizi "telegram"da izləyin