Ordu.az xəbər verir ki, müqavilə “Double V-Hull A1” konfiqurasiyasına məxsus maşınların inkişaf etdirilməsini və sistem təkmilləşdirmələrinin davamını əhatə edir.
Müqavilənin əhatə dairəsi və proqram təqvimi
Ümumi dəyəri 44,394,688 dollar olan müqavilə dəyişikliyi ilə proqramın ümumi həcminin 63,96 milyon dollara çatdığı bildirilib. İşlərin 2030-cu il fevralın 20-dək davam etməsi planlaşdırılır. Layihənin ABŞ-də Miçiqan ştatındakı Detroit Arsenal daxilində fəaliyyət göstərən müqavilə komandanlığı tərəfindən idarə olunduğu açıqlanıb.
Müqavilə çərçivəsində texniki xidmət modullarının və “Squad Leader Display Version 3” kitlərinin təchiz ediləcəyi, bu sistemlərin maşınların əməliyyat effektivliyini artırmağa yönəldiyi qeyd olunub.
“Double V-Hull” layihəsi sahədən əldə edilən təcrübələrlə inkişaf etdirildi
“Stryker Double V-Hull A1” variantı xüsusilə əldəqayırma partlayıcılar və maşının alt hissəsində baş verən partlayışlara qarşı inkişaf etdirilmiş gövdə quruluşu ilə önə çıxır. Əvvəlki düz altlı “Stryker” maşınlarından fərqli olaraq, bu layihə partlayış enerjisini maşının xaricinə yönəldərək heyətin mühafizəsini artırmağı hədəfləyir.
Bu yanaşmanın İraq və Əfqanıstandakı əməliyyatlar zamanı əldə olunan təcrübələr əsasında inkişaf etdirildiyi bildirilib.
Modernləşdirmə daxili sistemlərə və tapşırıq effektivliyinə fokuslanır
Yeni müqavilənin zireh quruluşundakı dəyişiklikdən daha çox maşınların daxili sistemlərinə fokuslandığı qeyd olunub. Texniki xidmət və təlim modullarının nasazlıq aşkarlanması proseslərini sürətləndirərək heyətin problemləri aradan qaldırma qabiliyyətini inkişaf etdirməsi və logistika dayanıqlığını artırması hədəflənir.
Bundan əlavə, yenilənmiş ekran sistemlərinin heyətin və bölük rəhbərlərinin sahədə situasiya məlumatlılığını artıraraq tapşırıq idarəetməsini daha effektiv hala gətirəcəyi qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az