ASELSAN son texnologiya məhsullarını DSA 2026-da sərgiləyəcək

2026/04/1775823038.jpg
Oxunub: 520     10:38     17 Aprel 2026    
Türkiyənin ən böyük müdafiə sənayesi şirkəti ASELSAN Cənub-Şərqi Asiya bazarındakı mövcudluğunu gücləndirmək məqsədilə Asiyanın ən böyük müdafiə və daxili təhlükəsizlik tədbirləri sırasında yer alan DSA 2026-da iştirak edəcək.

Ordu.az xəbər verir ki, qlobal miqyasda istehsalçıları, hərbi rəsmiləri və təhlükəsizlik sahəsində qərar qəbul edən şəxsləri bir araya gətirən sərgidə ASELSAN hava, quru, dəniz və kosmos sahələrində yüksək texnologiyalı, dəqiq və etibarlı müdafiə həllərini nümayiş etdirəcək.

ASELSAN ziyarətçilərini 1-ci mərtəbə, 2-ci zalda, 2100A nömrəli stenddə qəbul edəcək.

İlk dəfə 1988-ci ildə keçirilən, iki ildən bir təşkil olunan, aprelin 20-də qapılarını açıb aprelin 23-də başa çatacaq DSA bu il 19-cu dəfə təşkil olunacaq.

Türkiyə 1996-cı ildən bu yana sərgidə “milli iştirak” formatında təmsil olunur.

ASELSAN da bu mühüm tədbirdə sabit iştirakını qoruyaraq yalnız öz imkanlarını beynəlxalq müstəviyə çıxarmır, eyni zamanda müdafiə və təhlükəsizlik sektorlarında fəaliyyət göstərən mühüm şirkətlərlə bir araya gəlir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin